Modern.az

Daxili qoşunların fəaliyyətinə nəzarət qaydaları müəyyənləşdirilir

Daxili qoşunların fəaliyyətinə nəzarət qaydaları müəyyənləşdirilir

Parlament

9 Sentyabr 2025, 15:03

Daxili qoşunların fəaliyyətinə nəzarət qaydaları müəyyənləşir.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinə ümumi nəzarəti Silahlı Qüvvələrin Ali Baş Komandanı həyata keçirəcək.

Daxili qoşunların fəaliyyətinə idarədaxili nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və daxili qoşunların komandanlığı həyata keçirəcək.

Daxili qoşunlarda qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada prokurorluq orqanları həyata keçirəcəklər.

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən törədilən hüquqazidd əməllər barədə hərbi hissə komandiri 24 saat müddətində müvafiq prokurora məlumat verəcək və bununla bağlı qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirəcək.
 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?