Modern.az

Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - I vitse-spiker

Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - I vitse-spiker

Parlament

9 Sentyabr 2025, 11:53

Müasir, yeni tarix yaranmaqdadır. Ayrı-ayrı dövlətlər yeni tarixini yaratmaqla ya məşğuldurlar, ya da buna məhkumdurlar. Biz də yeni tariximizə şahidlik etməkdəyik. Hər bir xalq öz tarixini yaratmaq haqqında düşünsə də, Azərbaycanın lideri İlham Əliyev tək Azərbaycanın deyil, bütövlükdə regionun tarixini yenidən yazır. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası zamanı birinci vitse-spiker Əli Əhmədov bildirib. 

“Hər bir dövlətin gücünün üç göstəricisi var onun iqtisadiyyat, ordusu və diplomatiyası. Müstəqillik dövründə bu sahələrdə kifayət qədər inkişaf gedib.

2005-2025-ci illərdə Azərbaycan iqtisadiyyatı ən sürətli inkişaf edən ölkə olub. 2020-ci ildə Azərbaycan ərazisinin bütövlüyünün bərpa edərək, işğal altında olan torpaqlarını azad edərək hərbi gücünü göstərdi. 

Diplomatiya sahəsində də kifayət qədər uğurlarımız olub. Onun ən parlaq zirvəsi 1 ay əvvəl keçirilən Vaşinqton görüşü və bu görüşdə əldə olunan naliyyətlərdir. Bu naliyyətlər bir tərəfdən dövlətin tanınmasına xidmət edirsə, bir tərəfdən də şəxsiyyət və lider amilini göstərir. Vaşinqton görüşünün uğuru birbaşa İlham Əliyevin adı ilə bağlıdır. Bu görüşdən sonra dünyanın ayrı-ayrı liderllərinin İlahm Əliyevi təbrik etməsi onun beynəlxalq nüfuzunun göstəricisidir”. 

Birinci Vitse-spiker qeyd edib ki, Azərbaycanın ABŞ ilə yeni əlaqələrin qurulması, həm də Azərbaycanın beynəlxalq inteqrasiyasının daha da genişləndirəcək, həm də İlhanm Əliyevin birbaşa təfəkkürünün nəticəsi olan Zəngəzur dəhlizinin həyata keçirilməsi üçün önəmli addımdır.

“Zəngəzur layihəsi yeni tarixin önəmli siması olacaqdır. Bakı-Tbilisi-Ceyhan Heydər Əliyevin adını daşıdığı kimi Zəngəzur dəhlizi də İlham Əliyevin adını daşımalıdır”- deyə sonda Əli Əhmədov bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?