Vaxtilə Heydər Əliyev Qarabağ məsələsini burada qaldıranda Bayram Bayramov parlamentdə dedi ki, gəl səni vertolyotla aparım Qarabağa.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası zamanı deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, bu gün İlham Əliyev bütün dünya liderlərini Qarabağa təyyarə ilə aparır:
"Bu, Azərbaycanın gücünün bariz nümunəsidir".