Modern.az

Birgə Bəyanatı Zəngəzur dəhlizinə dair ilk beynəlxalq sənəd hesab etmək olar

Birgə Bəyanatı Zəngəzur dəhlizinə dair ilk beynəlxalq sənəd hesab etmək olar

Parlament

9 Sentyabr 2025, 13:42

Vaşinqton Birgə Bəyanatında Prezident İlham Əliyevin Azərbaycanın əsas hissəsi və onun Naxçıvan eksklavı arasında maneəsiz bağlantının təmin edilməsi ilə bağlı prinsipial mövqeyi də əksini tapmışdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası zamanı deputat Rizvan Nəbiyev bildirib.

O qeyd edib ki, Birgə Bəyanatı Zəngəzur dəhlizinə dair ilk beynəlxalq sənəd hesab etmək olar. 

"Avropa İttifaqının “Global Gateway” təşəbbüsü müəyyən mənada Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə alternativ kimi təqdim olunsa da, Orta Dəhliz və onun vacib seqmenti Zəngəzur dəhlizi hər iki təşəbbüsdə yer alan tərəflər üçün ortaq maraq nöqtəsinə çevrilə bilər. Bu maraqlar Azərbaycanın diplomatik səyləri ilə məhz "win-win" yanaşma çərçivəsində uzlaşdırıla bilər".

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?