Modern.az

Prezident bir səfərlə bir neçə tarixi məsələni həll etdi - Musa Qasımlı

Prezident bir səfərlə bir neçə tarixi məsələni həll etdi - Musa Qasımlı

Parlament

9 Sentyabr 2025, 13:58

Görkəmli dövlət və siyasi xadimi möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində döyüş meydanında qazanılan, lokal xarakterli antiterror tədbirlərilə ölkəmizin ərazisində separatizmin kökünün tamamilə kəsilməsi və dövlət suverenliyinin bərqərar edilməsilə nəticələnən, millətimizin və dövlətimizin həyatında ən yeni dövrün başlanğıcını qoyan Böyük Zəfərin dünyanın qüdrətli dövləti Birləşmiş Ştatların şahidliyi ilə imzalanan sənədlərlə masada, siyasi-diplomatik sahədə möhkəmləndirilməsilə millətimizin istəyinə çatdırılması diplomatiya tariximizin qürur verici səhifəsi, eyni zamanda yüzilliklərin planlarını pozan və gələcəkdə belə xəyallara düşənlərə sərt xəbərdarlıq edən, sülh, əmin-amanlıq, haqq-ədalət rəmzi olan ölkə başçımızın gəlib-keçmiş tarixin ən mahir diplomatı olduğunu bir daha göstərdi.  

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası zamanı vitse-spiker Musa Qasımlı deyib.

O qeyd edib ki, tarixçilərin, siyasətşünasların araşdırma mövzusu olacaq və daim fəxr ediləcək bu möhtəşəm hadisə millətimizə zorla sırıdılmış  problemin birdəfəlik həll edilməsi, 1993-cü ildə dövlət müstəqilliyini itirilməkdən və ölkəni parçalanmaqdan xilas edən, müasir Azərbaycan Respublikası dövlətinin banisi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, milli hədəfləri aydın olan siyasətin inanılmaz bir başarı ilə  gerçəkləşdirilməsidir. 

"Bir səfərlə cənab Prezidentimizin millətimiz və dövlətimiz qarşısında dayanan bir neçə məsələni həll etməsi - 1992-ci ildən bəri ölkəmizə qarşı ədalətsiz tətbiq olunan Azadlığa dəstək aktına 907-ci düzəlişin dayandırılması, Birləşmiş Ştatlarla strateji tərəfdaşlığa dair strateji işçi qrupunun yaradılması haqqında memorandumun imzalanması, Minsk qrupunun ləğv edilməsi dünya diplomatiya tarixində nadir rast gəlinən  hadisə, çıxışlarının birində “mən məsələni yarımçıq həll etmək istəmirəm” deyən dövlət başçımızın üstün zəkasını, heyrətamiz iş üslubunu və qəti iradəsini göstərdi", - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?