Milli Məclisin (MM) payız sessiyası bu saat 12.00-da öz işinə başlayıb. Modern.az-ın əməkdaşı xəbər verir ki, iclasın gündəliyinə 30-a yaxın məsələ salınıb. Bura 2009-cu ilin payız sessiyasının qanunvericilik işlər planı, “2010-cu ilin dövlət büdcəsi haqqında” Qanun layihəsi, bəzi qanunlara əlavə və dəyişiklər və sair məsələlər daxildir. Deputatlar Azərbaycanın Serbiya, Oman, Liviya, Livan və Estoniyada səfirliklərinin yaradılması, Azərbaycan və Rusiya prezidentlərinin Xəzər dənizi üzrə birgə bəyanatının, Azərbaycanla Rusiya arasında dövlət sərhədinin delimitasiyasının başa çatdırılmasının və Samur çayının su ehtiyatlarının bölüşdürülməsinin əsas prinsipləri haqqında birgə bəyanatın təsdiqi məsələlərini də müzakirə edəcəklər.