Modern.az

Siyavuş Novruzov: “Ermənistana gedənlər Azərbaycan vətəndaşlığından məhrum edilsin”

Siyavuş Novruzov: “Ermənistana gedənlər Azərbaycan vətəndaşlığından məhrum edilsin”

2 May 2014, 12:51


Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, Azərbaycan vətəndaşlığından çıxmaq istəyənləri dərhal vətəndaşlıqdan çıxarmaq lazımıdır. Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında çıxış edən YAP-çı deputat qeyd edib ki, Xarici İşlər Nazirliyi bununla bağlı bəyannamə yaymalıdır. “Hər bir vətəndaş bunu başa düşməli, dərk etməlidir. İnanmıram ki, kimsə öz xoşu ilə Azərbaycan vətəndaşlığından imtina edərək başqa ölkənin vətəndaşlığını qəbul etsin. Ola bilər ki, ticarət və özünü müdafiə etməkdən ötrü başqa dövlətlərin ərazisinə gedirsə, o, dərhal Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdır”.

S. Novruzov qeyd edib ki, dünyada baş verən hadisələr dövlət təhlükəsizliyi məsələlərinin önəmini artırır. “Biz görürük ki, vətən xainləri, Azərbaycan əleyhinə işləyənlər, erməniyə işləyənlər səngərdə dayanan ermənilərdən daha betərdir. Çünki onlar bizə arxadan bıçaq sancan insanlardır ki, Azərbaycanda yaşayaraq Azərbaycan əleyhinə işlər görürlər. Azərbaycan barədə yalan məlumatlar verirlər. ABŞ Dövlət Departamenti də hesabat yayır, indi bu hesabatların mənbəyi bəlli oldu. “Beşinci kolon”un nümayəndələrinə qarşı biz öz işimizi düzgün qurmalıyıq ki, bizim vətənə xəyanət edən insanlar ifşa olunsun. Hüquq-mühafizə orqanlarına təhvil verilsinlər və hesabat versinlər. Burada heç nədən çəkinmək lazım deyil. O, Azərbaycan hökumətinə, xalqa, millətə qarşı çıxış edib ona görə də cəzasını almalıdır”.

 

  Gültəkin Ələsgər

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama