Modern.az

Spikerdən deputatlara irad: “Sizi saymayan TV-lərə niyə müsahibə verirsiniz?”

 Spikerdən deputatlara irad: “Sizi saymayan TV-lərə niyə müsahibə verirsiniz?”

2 May 2014, 13:06

“TV-lər parlamentə qarşı haqsız iradlar bildirirlər”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib. “Son vaxtlar mən də hiss edirəm ki, nəyin ki, QHT-lər, hətta TV-lər belə parlamentə qarşı haqsız iradlar bildirirlər. Bizdə buna qarşı hər zaman dözümlü olmuşuq. Deputatlardan xahiş edirəm ki, edirəm diqqətli olsunlar. Elə TV-lər var ki, Milli Məclisi çox pis formada təqdim ediblər. Üç-dörd gün sonra isə deputatlar gedib həmin kanallara müsahibə verirlər. Sizə belə münasibət göstərirlərsə, nə üçün, gedib müsahibə verirsiniz?!”

Spiker “Beynəlxalq Şəffaflıq – Azərbaycan” təşkilatının hazırladığı sənədlə bağlı da danışıb: “Çox təəssüf edirəm ki, belə bir araşdırma təşkilatı olan adam araşdırma ilə deyil, qarışdırma ilə məşğuldur. Bu məsələlər arasında fərq çoxdur. Araşdırma aparanda 1 və 2 il əvvəli araşdırırlar. Bu hesabatda küçə yazılarını götürüb araşdırma kimi yayırlar”.

 

Gü ltəkin ƏLƏSGƏR

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama