Modern.az

Fərəc Quliyev Ziyafət Əsgərovla söz davasına çıxdı

Fərəc Quliyev Ziyafət Əsgərovla söz davasına çıxdı

2 May 2014, 13:22

Modern.az xəbər verir ki, Azərbaycan parlamentinin bu gün keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərovla deputat Fərəc Quliyev arasında söz dueli yaşanıb. F. Quliyev çıxışı zamanı deputatlara yetərli söz verilməməsindən şikayət edən zaman Ziyafət Əsgərov onun sözünü kəsib. Vitse-spiker onu mahiyyəti üzrə danışmağa dəvət edib. Bundan sonra F.Quliyev daha da kəskin ifadələr işlədib: “Bura notariat kontoru deyil. Hər kəsin çıxış etmək haqqı var. İmkan verin sözümüzü deyək. Ziyafət müəllim, burada hər kəsin öz fikrini bildirmək haqqı var. Siz heç kimin çıxışını kəsə bilməzsiniz. Sizin bizdən heç bir fərqiniz yoxdur. Səlahiyyətlərimiz eynidir. Sadəcə, siz çıxışçılara söz verirsiniz, vəssalam!”

 

Gültəkin ƏLƏSGƏR   
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama