Modern.az

Komitə sədri: ““Yol hərəkəti haqqında” Qanun layihəsinə dəyişiklik edilməlidir”

Komitə sədri: ““Yol hərəkəti haqqında” Qanun layihəsinə dəyişiklik edilməlidir”

2 May 2014, 14:34


Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli bir sıra yol hərəkət qaydalarında dəyişikliyin vacib olduğu bildirib.

“Bu yaxınlarda ölkə başçısı ASAN xidmət növlərinin genişləndirilməsi ilə bağlı fərmana dəyişiklik etdi. Bununla əlaqədar yol hərəkəti qaydaları ilə bağlı inzibati xətalara dair işlərə baxılması qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı daha şəffaf və operativ mexanizmlərin tətbiq olunması nəzərdə tutuldu. Buna görə də  qanunvericiliyə, İnzibati Xətalar Məcəlləsinə, “Yol hərəkəti haqqında” Qanun layihəsinə dəyişiklik edilməlidir. Qanunda sürücü ilə yol polisi əməkdaşları arasında birbaşa əlaqələrin minimuma endirilməsi nəzərdə tutulur. Həmçinin qanunda sürücülər hansısa narahat doğuran halda məhkəməyə müraciət imkanı əldə ediblər. Bir sıra hallarda şirkətlər və həmin şirkətlərə məxsus avtomobillərin sürücüləri yol hərəkəti qaydasını pozduqlarına görə məsuliyyətə cəlb olunurdular. İndi təklif olunan dəyişiklik isə vadar edəcək ki, hüquq şəxslər və nəqliyyat sahəsində məşğul olanlar əgər sürücülər dəyişirsə, bu barədə mütləq dövlət yol polisinə məlumat versinlər”.

 

Gültəkin ƏLƏSGƏR  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama