Modern.az

Milli Məclisin 16 may tarixli iclasına 7 məsələ daxil edildi - SİYAHI

Milli Məclisin 16 may tarixli iclasına 7 məsələ daxil edildi - SİYAHI

12 May 2014, 17:19

Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyi bəlli olub. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlunun Modern.az saytına verdiyi məlumata görə, növbəti plenar iclasın gündəliyə 7 məsələ daxil edilib.

Deputatlar 16 may tarixində aşağıdakı qanun layihələrini müzakirəyə çıxaracaqlar:

“Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi;
Vergi Məcəlləsində dəyişikliklərin edilməsi;
“Torpaqlarının dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna dəyişiklik edilməsi;
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında qanun”un ləğv edilməsi;
“Körpələr evlərinə, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanunun ləğv edilməsi;
“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliyin edilməsi;
Nizami Gəncəvi adına qızıl medalının təsis edilməsi ilə əlaqədar “Orden və medalların təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi.

Gültəkin ƏLƏSGƏR   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama