Modern.az

Çingiz Qənizadə qanunvericilik subyektlərini diqqətli olmağa çağırıb

Çingiz Qənizadə qanunvericilik subyektlərini diqqətli olmağa çağırıb

16 May 2014, 13:41

Deputat Çingiz Qənizadə bu gün parlamentdəki çıxışında qanunvericilik subyektlərini diqqətli olmağa çağırıb. Modern.az xəbər verir ki, onun sözlərinə görə, neçə gündür mediada körpələr evinə verilən imtiyazların ləğv edilməsinə dair məlumatlar yayılır: “Parlamentin gündəliyinə "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanununun ləğv edilməsi barədə məsələ salınmışdı.

Halbuki, bu haqda qanun ləğv edilir, lakin uşaq bağçaları üçün nəzərdə tutulan vergi güzəştləri Vergilər Məcəlləsi ilə tənzimlənəcək, yəni imtiyazlar digər qanunun tərkibinə keçir”. Ç.Qənizadənin sözlərinə görə, indiyə kimi belə hallar dəfələrlə təkrarlanıb. Odur ki, deputat qanunvericilik subyektlərini bir qədər diqqətli olmağa çağırdı.

 

Gültəkin Ələsgər

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama