Modern.az

Azərbaycanda zorlama cinayətinə görə cəzalar sərtləşdirilir

Azərbaycanda zorlama cinayətinə görə cəzalar sərtləşdirilir

16 May 2014, 16:58


Azərbaycanda zorlama yolu ilə cinsi əlaqə zamanı şəxsin ölümünə səbəb olma, şəxsi immun çatışmazlığı virusuna yoluxdurma, o cümlədən əməlin 14 yaşına çatmayan şəxsə qarşı törədilməsinə görə cəzalar sərtləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 149.3-cü maddəsinə dəyişikliklər təklif edilir.

Dəyişikliklərə görə, zorlama (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusuna yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda, o cümlədən aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə minimum cəza həddi 10 il olacaq.

Hazırda bu rəqəm 8 ildir. Layihə Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Modern.az saytı xatırladır ki, zorlama cinayətləri törədənlərlə bağlı cəzaların sərtləşdirilməsi təklifləri əvəllər də səsləndirlib. Millət vəkili Qüdrət Həsənquliyev hələ bir neçə il öncə zorlamaya görə cəzanın yuxarı həddinin 20 ilədək artırılması, eyni zamanda belə cinayətlər törədən şəxslərin cərrahi yolla axtalanması təklifi ilə Milli Məclisdə müraciət edib.
Ondan öncə hüquqşünas Mətləb Mütəllimli də insanlığa, mentalitetə yad olan belə cinayət hadisələrinin baş verməməsi üçün tətbiq olunan cəzaların sərtləşdirilməsi, qanunvericilikdə dəyişiklik edilməsi üçün Milli Məclisə məktub göndərmişdi. M.Mütəllimli cinayətkar şəxslərə qarşı onları kişilikdən salan kimyəvi iynələr tətbiq elilməsini və yaxud öz seçimlərinə uyğun olaraq ömürlük azadlıqdan məhrum edilməsi kimi daha ağır cəzalar tətbiq olunmasını təklif edib.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama