Modern.az

Milli Məclis mayın 30-da toplanacaq

Milli Məclis mayın 30-da toplanacaq

19 May 2014, 10:51



Azərbaycan parlamentinin növbəti iclasının vaxtı məlum olub. “Daxili nizamnaməyə görə, parlament üzvlərinin üçdə iki hissəsinin imzası Milli Məclisin növbədənkənar yaz sessiyasının keçirilməsi haqda  qərar verməyə yetərlidir”.
Bunu Modern.az-a açıqlamasında deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, bu, parlamentdə son illər ərzində formalaşmış bir ənənədir.

“Bu dəfə də belə olacaq. Növbədənkənar iclasların davam etdirilməsi haqqında ümumi bir mövqe var. Yaxın günlərdə bu qərar  tam olaraq açıqlanacaq. Spiker Oqtay Əsədova ünvanlanan və parlament üzvlərinin böyük əksəriyyətinin imzaladığı müraciət artıq qəbul olunub”, – deyə Z. Oruc əlavə edib. 

Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası may ayının 30-da keçiriləcək.

Pərvin Arzuqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama