Modern.az

Milli Məclisin son iclasının gündəliyi açıqlandı

Milli Məclisin son iclasının gündəliyi açıqlandı

21 May 2014, 16:29

Milli Məclisin sonuncu iclasının gündəliyi təsdiqlənib. May ayının 30-da keçiriləcək sonuncu iclasda 18 məsələyə baxılacaq. Bu barədə Modern.az saytına  Milli Məclisin mətbuat katibi Akif Təvəkklüoğlu məlumat verib.

O bildirib ki, Milli Məclisin yaz sessiyasının sonuncu iclasına “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun layihəsi 3-cü oxunuşda müzakirə olunacaq.

“Bundan başqa, bir neçə sazişlər var ki, onların təsdiqi ilə bağlı layihələrin müzakirəsi baş tutacaq. Bunlar Azərbaycan və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişin təsdiq edilməsi ilə bağlı layihə, Beynəlxalq Valyuta Fondu haqqında sazişin maddələrinə, Fondun icra şurasında islahatlara dair təkliflərin təsdiq edilməsi ilə bağlı qanun layihəsi, Azərbaycanla  İspaniya Krallığı arasında iqtisadi münasibətlərlə bağlı layihə, Azərbaycan Respublikası hökuməti və Gürcüstan Respublikası hökuməti arasında gömrük sahəsində qarşılıqlı inzibati yardım haqqında sazişin təsdiq edilməsi ilə bağlı sənəddir”.

A. Təvəkküloğlunun sözlərinə görə, bir sıra qanunlara dəyişikliklər edilməsi nəzərdə tutulub. “Su təchizatı və tullantı suları haqqında qanun”a dəyişiklik edilməsi, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı sənədlər müzakirə olunacaq.
Həmçinin sərhəd mühafizəsinin 95 illiyi, yəni 1919-2014-cü illərəd dair Azərbaycan yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi,  “Yerli, bələdiyyə vergiləri və ödənişləri haqqında” Qanuna dəyişikliklər ediləcək.
“Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı layihə, Vergi Məcəlləsinə dəyişiklik, “Büdcə sistemi haqqında” Qanuna dəyişiklik, “Bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsi, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyashısında dəyişiklik edilməsi ilə barədə qanun” layihəsi də müzakirəyə çıxarılacaq”.

Gültəkin ƏLƏSGƏR   

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama