Modern.az

Fazil Mustafa səhiyyə nazirini hədəfə aldı

Fazil Mustafa səhiyyə nazirini hədəfə aldı

30 May 2014, 12:33

 
“Hər gün bütün millət vəkillərinə müraciətlər daxil olur. Bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsi ləngiyir. Ölkə başçısı və birinci xanımın köməkliyi ilə çoxsaylı insanlar müalicə alır. Amma bu kifayət deyil”.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib. O, Azərbaycanda səhiyyə problemlərindən şikayətlənib.

“İnsanların hamısını bu formada təmin etmək imkanı yoxdur. Ona görə səhiyyə sistemində ciddi islahatlara ehtiyac var. Azərbaycan müstəqilliyi dövründən bu yana ən çox xeyir görməyən səhiyyə nazirləridir. Bir nəfər də olsun səhiyyə naziri fədakarlıqla səhiyyə problemlərinin həllinə öz işini həsr etməyib. Bu gün də eyni vəziyyətdir. Tibb işçilərinin maaşı orta aylıq əmək haqqından xeyli aşağıdır. Tibb işçiləri bazar günləri də işləyirlər. Ancaq onlara ikiqat maaş verilmir. Halbuki dünyanın inkişaf etmiş ölkələrində səhiyyə işçilərinə bazar günləri də işlədiyi üçün ikiqat maaş verilir. Bu məsələ Hesablama Palatasının hesabatında da göstərilir”.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama