Modern.az

Milli Məclisin yaz sessiyasının başlanma tarixi dəyişdirildi

Milli Məclisin yaz sessiyasının başlanma tarixi dəyişdirildi

5 Yanvar 2015, 11:20

Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq,  növbəti plenar iclas fevralın 1-də başlayacaq. Fevralın 1-i bazar gününə düşdüyündən plenar iclas fevralın 2-nə nəzərdə tutulub”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə komitələrin öz işinə başlaması vaxtı artıq dəqiqləşib.

“Yanvar ayının 15-dən etibarən Milli Məclisin komitələri  öz işinə başlayacaq. Qanun layihələrini komitələr ayrı-ayrılıqda müzakirəyə çıxaracaq. Komitələrdə müzakirə olunduqdan sonra həmin qanun layihələri Milli Məclisin yaz sessiyasına salınacaq”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama