"2014-cü ildə ən çox vətəndaş qəbul edən deputat Hadı Rəcəbli olub. Hadi Rəcəbli il ərzində Milli Məclisdə 800-dən artıq vətəndaş qəbul edib, eyni zamnada 1200-ə yaxın ərizə və şikayətə baxıb".
Bunu Modern.az-a açıqlamasında Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə deyib.
İbrahim Yusifzadə əvvəlki illərə nisbətən müraciətlərin sayının azaldığını bildirib.
“Əslində, Milli Məclisə müraciət edən vətəndaşları deputatların əksəriyyəti qəbul edir. Hadı Rəcəblidən sonra Bahar Muradova, Ziyad Səmədzadə də 2014-cü ildə ən çox vətəndaş qəbul edən deputatlar olub. Milli Məclisə qəbula gələn vətəndaşların hansı bölgələrdən olması da maraq kəsb edir. Vətəndaşların müraciətləri daha çox şəxsi məsələlərlə bağlıdır. Ona görə də konkret olaraq hər hansı rayonun adını deməkdə çətinlik çəkirəm. Çünki vətəndaşlar bütün bölgələrdən müraciətlər edirlər. Demək olar ki, vətəndaşların müraciətləri bütün bölgələri əhatə edir”.
Namidə BİNGÖL