Modern.az

Akademiyada vəzifə tutan deputatlar... - SİYAHI

Akademiyada vəzifə tutan deputatlar... - SİYAHI

9 Yanvar 2015, 11:01


Bu il 70 yaşını qeyd edəcək Azərbaycan Milli Elmlər Akademiyası hər zaman ölkənin ziyalı fondu missiyasını yerinə yetirib. Zaman-zaman ölkənin idarəeetmə strukturlarında, ədəbi-mədəni, ictimai sahədə çalışan şəxslər paralel olaraq akademiya ilə də əməkdaşlıq ediblər. Hazırda yüksək dövlət postlarında çalışan bəzi rəsmilər, Milli Məclisdə fəaliyyət göstərən bir sıra deputatlar həm də akademiya ilə əməkdaşlığı davam etdirirlər. Modern.az saytı Milli Məclisslə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasında çalışan millət vəkillərini təqdim edir:

İsa Həbibbəyli - AMEA-ın vitse-prezidenti və institut direktoru olan İsa Həbibəyli həm də Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
AMEA-ın həqiqi üzvü olan akademik elmi quruma gəlməzdən qabaq uzun müddət Naxşıvan Dövlət Universitetinin rektoru olub. Hazırda həm də AMEA ədəbiyyat İnstitutunun direktorudur.

Yaqub Mahmudov - 2004-cü ildən etibarən AMEA-ın Tarix İnstitutunun direktoru olan Yaqub Mahmudov da Milli Məclisdə çalışan elm xadimlərindəndir. Y.Mahmudov deputat və akademiyada institut direktoru olmaqla yanaşı, Bakı Dövlət Universiteti Tarix fakültəsinin kafedra müdiridir. Professor AMEA-ın müxbir üzvidir.

Gövhər Baxşəliyeva - filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru olan Gövhər Baxşəliyeva da deputat alimlər sırasındadır. O, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvüdir.

Əhliman Əmiraslanov - Tibb Universitetinin rektoru olan akademik də Milli Məclisin deputatları arasındadır. AMEA-nın biologiya elmləri bölməsinin akademik-katibi olan Ə.Əmiraslanov həmçinin həmin elmi qurumun həqiqi üzvüdür. Bütün bunlarla yanaşı, millət vəkili həm də rəhbərlik etdiyi Tibb Universitetində onkologiya kafedrasının  müdiri kimi də çalışır.

Nizami Cəfərov – BDU-nun Fililogiya fakültəsinin keçmiş dekanı olan akademikin adı universitetlə bərabər, həm də AMEA və Milli Məclislə bağlıdır. Parlamentin Mədəniyyət komitəsinin sədri olan akademik həm də AMEA-ın həqiqi üzvü kimi də diqqət çəkir. Bunlarla bərabər, filologiya elmlər doktoru həm də Atatürk Mərkəzinin sədridir. O, eyni zamanda BDU-nun kafedra müdiridir.

Musa Qasımlı - tarix elmləri doktoru, professor, deputat. Musa Qasımlı ötən ilin sonlarında AMEA-da yeni vəzifəyə təyin edilib. O, AMEA-nın yeni təsis edilən Dünya Siyasəti İnstitutunun direktorudur. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü olan M.Qasımlı həm də BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professor vəzifəsində çalışır.

Cəlal Əliyev – Biologiya elmlər doktoru, akademik Cəlal Əliyev də bu siyahıya daxildir. AMEA-ın həqiqi üzvü olan akademik hazırda elmi qurumun Botanika İnstitunda “Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları” şöbəsinin müdiridir.
O, Milli Məclisin ən yaşlı deputatıdır.

Rafael Hüseynov – AMEA-ın həqiqi üzvü olan akademik həm də Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Filologiya elmlər doktoru R.Hüseynov həmçinin AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin də direktorudur.

Bəxtiyar Əliyev - Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini olan professor həmçinin AMEA-nın da müxbir üzvüdür. Bundan əlavə, deputat həm də BDU-un psixologiya kafedrasının müdiridir.
B.Əliyev 2000-ci ildən hazırkı dövrə qədər Ali Attestasiya Komissiyasənda da psixologiya elmləri üzrə Dissertasiya şurasının sədridir.

İsmayıl Hacıyev - Milli Məclisin Elm və təhsil komitəsinin üzvü olan İsmayıl Hacıyev AMEA-ın Naxçıvan bölməsinin rəhbəridir. Akademiyada həqiqi üzvlərin sırasında yer alan İ.Hacıyev deputat olmaqla yanaşı, elmi fəaliyyətini bu gün də davam etdirir. O, həmçinin NYU-York Elmlər Akademiyasınnı da üzvüdür.

Elmin NURİ 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama