Elmira Axundova, Milli Məclisin deputatı
Aktual problemə subyektiv baxış
1888-ci il oktyabrın əvvəllərində çar III Aleksandr şəhərdəki ilk pravoslav kilsəsi olacaq Aleksandr Nevski kilsəsinin təməl qoyma mərasimində şəxsən iştirak etmək üçün həyat yoldaşı və 2 oğlu ilə birlikdə Tiflisdən Bakıya gəlmişdi. İmperiya xəzinəsinə milyonlar qazandıran "neft paytaxı"na çarın xüsusi münasibəti var idi və buna görə kafedral kilsənin tikintisi üçün böyük vəsait ayrımışdı. Bakılılar da məbədin tikintisinə öz töhvələrini vermişdilər. Belə ki, tikintiyə xərclənən 200 min pulun 150 minini müsəlmanlar toplamışdılar.
Daha bir maraqlı detal: kilsə zənglərinə xüsusi səslənmə və melodiklik vermək üçün mislə bir neçə pud qızıl və gümüş qarışdırılmışdı. Yenə ianələrin toplanmasına başlanılmışdı. Qadınlar öz qolbağlarını, sırğalarını, üzüklərini, gümüş qab-qacaqlarını, kişilər isə xəncər üçün nəzərdə tutulan qızıl və gümüş qınlarını verməli olurdular.
Nəticədə, müsəlmanlar pravoslav məbədi üçün ianə toplamaqda hər kəsi qabaqladılar.
10 il sonra Bakının mərkəzindəki hündür təpələrdən birində qeyri-adi gözəlliyə malik məbəd meydana gəldi. Onun qızıl günbəzləri bir neçə kilometrdən görünürdü. Gəmi kapitanları dənizdə istiqaməti həmin məbədin baş günbəzinə əsasən müəyyən edirdilər. 35 il ərzində pravoslav məbədi "Təzə pir" məscidi ilə yanaşı mövcud oldu. Məbəd Tiflis ruhani seminariyasının məzunu olan yoldaş Stalinin göstərişi ilə partladıldı.
Düzdür, Bakı xristinaları çox inciməsin deyə bolşevik hakimiyyəti "tolerant" addım atdı və 8-ci şiə imamı Rzanın bacısının qəbrinin yerləşdiyi Bibi-Heybət məscidini də partlatdılar.
Tarix yarım əsr sonra da təkrarlandı. 1990-cı ilin yanvarında gecə Bakıya daxil olan sovet ordusu "Müqəddəs sülhpərvər qadınlar" kilsəsini də dağıtmışdılar.
Qeyd edək ki, həmin ordu hissələrinin şəxsi heyətində xristian ermənilər çoxluq təşkil edirdilər.
Kafedral kilsə ikinci həyatını azərbaycanlı mesenat və iş adamı Aydın Səməd oğlu Qurbanovun diqqət və qayğısı nəticəsində qazandı. Bu insanın vəsaiti hesabına kafedral kilsədə kompleks təmir-bərpa işləri həyata keçirildi. Hazırda "Müqəddəs sülhpərvər qadınlar" kilsəsi Bakı-Azərbaycan yeparxiyasının əsas kafedral kilsəsi statusunu alıb. Bu və digər tarixi faktlar Azərbaycan müsəlmanlarının digər xalq və dinlərə dərin tolerantlığından xəbər verir. Nəinki başqa xalq və dinlərə, biz əlimizdən gələni edərik ki, əcnəbi qonağın istəklərini təmin edək. Özümüz yarıac qalarıq, uşaqları yeməksiz qoyarıq, amma qonağı eninə-boluna yedirdərik, hədiyyələr verərik.
Avropa standartlarına görə ifrat həddə varan qonaqpərvərliyimiz, yaxud indi dəbdə olan başqa sözlə ifadə etsaək, tolerantlıq doğurdan da bizim qanımızdadır.
Təəssüf ki, bu tolerantlıq bəzən azərbaycanlıların özünə qarşı çevrilirdi. Nümunə üçün uzağa getmək lazım deyil: 2 əsr bundan əvvəl ermənilərin Cənubi Qafqaza kütləvi köçürlüməsini və bu prosesin hələ də davam edən faciəli nəticələrini yada salmaq kifayətdir.
Ermənilər bizim tolerantlıqdan məharətlə isitfadə etdilər. XX əsrin əvvəllərindən Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin razılığı ilə İrəvan xanlığının mərkəzini - xalis müsəlman şəhəri olan İrəvanı "özəlləşdirdiilər". Həmin əsrin 40-cı illərində isə Zəngəzurdan (Sovet Azərbaycanı rəhbərliyinin razılığı əsasında) yerli azərbaycanlı əhalinin böyük hissəsi Azərbaycanın mərkəzi bölgələrinə köçürülmüşdü. Daha bir neçə onillik sonra, 80-ci illərin sonlarında isə 200 min Qərbi azərbaycanlı öz tarixi dədə-baba yurdlarından qovulmuşdu.
Digər tərəfdən, 1990-cı ilin yanvarına qədər Respublikada sakit yaşayan Azərbaycan erməniləri bir dəfə olsun kütləvi etiraz aksiyası keçirmədilər. Halbuki separatçıların "Miaçum" oynunun onlar üçün nə ilə nəticələnəcəyini anlayırdılar.
Bu da azmış kimi, bəzi Bakı erməniləri gizli yollarla "Krunk" kimi separatçı təşkilatların hesabına pul göndərirdilər. O zamankı Azərbaycan rəhbərliyi isə xalqımızı tolerantlığa çağırmaqda davam edirdi: Əbdürrəhman Vəzirov qaçqınların Dağlıq Qarabağda məskunlaşdırılmasına qəti şəkildə etiraz edir, xaqların dostluğundan danışır və işlərin real vəziyyəti barədə KİV-də məlumatların getməsinə mane olurdu. Nəticədə, biz təbliğat müharibəsinin 1-ci mərhələsində ermənilərə uduzduq. 200 min azərbaycanlının amansızlıqda Ermənistandan qovulması barədə respublika və ittifaq miqyaslı mətbuatda heç bir məlumat verilmirdi.
Bununla da faciə ölkənin diqqətindən kənarda qaldı .
Digər tərfədən, bütün qaçqınlar pis-yaxşı Azərbaycanda sığınacaq tapdılar və rus məmurlarının şirin yuxusuna haram qatmırdılar. Biz çox tolerant idik və inanırdıq ki, bunun qarşılığını görəcəyik.
Bu arada isə Ermənistan ərazisindəki xüsusi düşərgələrdə müasir döyüş sənətinin qaydaları üzrə təlim keçmiş, müasir silah və rabitə vasitələri ilə təmin olunmuş döyüşçülər qrupu Dağlıq Qarabağ Muxtar Vilayətindəki dağ kəndlərində mövqe quraraq azərbaycanlılar yaşayan məntəqələrə hücumlar edir, terorr və diversiya aktları törədirdilər. Onlarla dinc sakin və hərbçi Şuşa-Ağdam, Şuşa-Laçın, Ağdərə-Kəlbəcər yollarında həlak olmuşdu. Qatar və reys avtobuslarının da partladılması bütün Azərbaycanı silkələmişdi.
1991-ci ilin ikinci yarıs və 1992-ci ildə azərbaycanlılar Dağlıq Qarabğdan didərgin salındılar. Dağlıq Qarabağın işğalı 1992-ci il mayında Şuşanın və Dağlıq Qarabğ sərhədlərindən kənarda yerləşən Laçının erməni separatçıları tərəfindən işğal olunması ilə başa çatdı. Bu tarixdən 22 il ötür. Respublikanın hər 8-ci sakininindən biri qaçqın, 10 minlərlə azərbaycanlı şəhid olur, minlərlə uşaq isə Xocalıdakı və digər yerlərdəki qırğınlar səbəbindən valideynsiz böyüyür. Əcdadlarımız qəbirləri dağıdılıb, məscid və mədəni abidələrimiz yandırılıb. XX əsr Azərbaycan xalqına həqiqətən əvəzolunmaz zərər vurub. Ermənistanın siyasəti isə separatçılara maliyyə yardımı və müstəqil Azərbaycana təzyiqlər göstərməyə cəhd etməkdən ibarətdir. Kimsə hətta təklif etmişdi ki, 2015-ci il 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini boykot etmək lazımdır. Yəqin bu original yola bizim Avropanın enerji təhlükəsizliyi və beynəlxalq terrorizmə qarşı mübarizədəki xidmətlərimizə təşəkkür edirlər.
Lakin bu təbliğat hay-küyü bu dəfə uğur qazanan deyil. Biz xalq və dövlət olaraq, öz Prezidentimizin arxasındayıq.
Öz gələcəyimizi məhz onunla və onun siyasəti ilə bağlayırıq.
Və heç kəsə bizim ərazimizdə "demokratiya və insan hüquqları"nın müdafiəsi adı altında növbəti təcrübə keçirməyə imkan verməyəcəyik. Xüsusən də bu təcrübələr özünü uğursuz gösətərib. Digər xalqlara da bu təcrübələr çoxlu itkilər və qan bahasına başa gəlib. Ona görə də bizi sanksiya, blokada və digər mənasız şeylərlə qorxutmaq lazım deyil.
Bizə qarşı sanksiyalar da (ABŞ senatının 907-ci düzəlişi), nəqliyyat blokadası da (Çeçensitandakı hadisələrlə bağlı) və iqtisadi blokada da tətbiq olunub. Naxçıvan bu gün də blokada şəraitində yaşayır. Biz nəinki sağ qaldıq, hətta daha da gücləndik. Naxçıvan Muxtar Respublikası isə respublikanın ən inkişaf etmiş regionlarından birinə çevrildi. Ona görə də bizimlə güc mövqeyindən danışmaq lazım deyil. Yaxşısı riyakarlıq və ikili standartlar olmadan danışmaqdır.
Ümumiyyətlə isə mənə elə ki, bəzi qərb "siyasəıtçiləri" Azərbaycan ətrafında belə hay-küy salmaqla Azərbaycan rəhbərliyinin Qarabğ məsələsini həll etmək qətiyyətini və döyüş əhvalını azaltmağa ümid edirlər. İstəyirlər ki, biz yenə də öz genetik toletanrlığımızı yada salaq və məsələnin həllini qeyri-müəyyən vaxta qədər təxirə salaq. Onar isə bu arada öz "rəngli inqilab"ları və onların faciəli nəticələri ilə məşğul olsunlar.
Xeyr, hörməli qərbli siyasi texnoloqlar, tolerantlıq öz yerində, amma biz öz torpaqlarımız azad etmək fikrindəyik.
Özü də ən yaxın vaxtlarda.
Qoy, heç kim buna şübhə etməsin!