Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assamleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev artıq Türkiyədə fəaliyyətinə başlayıb. Bu barədə Modern.az saytına QDİƏT PA-nın İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin sədri Musa Quliyev məlumat verib.
O bildirib ki, Asəf Hacıyev artıq İstanbuldadır və yeni vəzifəsinin icrası ilə bağlı heç bir problemləri yoxdur. Qeyd edək ki, ötən ilin dekabr ayının 9-da Asəf Hacıyev QDİƏT PA-nın baş katibi seçilib. QDİƏT PA-nın baş katibliyi İstanbulda yerləşdiyi üçün Asəf Hacıyev bu şəhərə köçməli olub. Bu ilin yanvarın 7-də isə Mərkəzi Seçki Komissiyası Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verib.Aqşin Kərimov