Modern.az

Milli Məclis fevralın 13-də iclas keçirəcək - İcra məmurları haqda qanun dəyişdirilir

Milli Məclis fevralın 13-də iclas keçirəcək - İcra məmurları haqda qanun dəyişdirilir

5 Fevral 2015, 16:50


“Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası fevral ayının 13-də keçiriləcək”. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə iclasın gündəliyinə 18 məsələ daxil edilib.

“Burda bir sıra qanunlara dəyişiklik edilməsi nəzərdə tutulub. Məsələlərdən biri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqındadır. Bələdiyyələrlə bağlı qanun layihəsi artıq Milli Məclisə daxil edilib. Ona görə birinci məsələ budur.

Bir sıra əməkdaşlıq sazişləri var ki, onlar da müzakirəyə çıxarılacaq. Bu Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri kimi istifadəsinə dair əməkdaşlıq haqqında sazişin təsdiq edilməsidir.

Torpaq, Cinayət, Əmək məcəllələrində dəyişiklik edilməsi məsləsinə də baxılacaq. Eyni zamanda “Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”,  “İcra məmurları haqqında” qanunlarda dəyişiklik nəzərdə tutulur".


Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama