Modern.az

Deputat HƏDƏLƏDİ: “Oğlum haqqında yalan məlumat yayanla məhkəmədə görüşəcəyik!”

Deputat HƏDƏLƏDİ: “Oğlum haqqında yalan məlumat yayanla məhkəmədə görüşəcəyik!”

7 Fevral 2015, 12:58

“Bu, yalan məlumatdır. Oğlumu yol polisi nəyə görə saxlamaldır? Əslində polisin qanun pozan hər bir şəxsi saxlamaq hüququ var, amma mənim oğlumla bağlı deyilənlər  tamamilə yanlış məlumatdır”.  Bu sözləri Modern.az saytına deputat Ayaz Orucov deyib.

O qeyd edib ki, oğlu İsmayıl Orucov ümumiyyətlə, içki qəbul etmir. “Məlumatın yayılması sifariş ola bilərmi” sualına cavab olaraq deputat bildirib ki, sifariş olub-olmadığını bilmir:

“Bunun sifariş olub-olmadığını deyə bilmərəm. Bir onu bilirəm ki, məlumatı kim yazıbsa, onunla məhkəmədə görüşəcəyik”.

Qeyd edək ki, məlumatı Avtosfer.az saytı yayıb. Bildirilib ki, Milli Məclisin deputatı Ayaz Orucovun oğlu İsmayıl Orucov sərxoş vəziyyətdə avtomobil edarə edərkən Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə sayta hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, hadisə bir neçə gün əvvəl Bakı şəhərində qeydə alınıb. Deputat oğlu yol polisi tərəfindən saxlanılarkən kobudluq edərək tabesizlik göstərib. Hətta, atasının deputat olduğunu deyərək yol polislərinə problem yaradacığını da bildirib. Lakin DYP əməkdaşları geri çəkilməyib və deputat oğlunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı sənədləşdirilib. Ona oğluna protokol yazılıb, avtomobili isə cərimə meydançasına salınıb. Bundan xəbər tutan millət vəkili Ayaz Orucov qalmaqal yaradıb. Məlumata görə, deputat Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək oğluna protokol yazan yol polisi əməkdaşının cəzalandırılmasını istəyib. Lakin onun bu cəhdləri nəticəsiz qalıb.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama