Modern.az

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı: Ombudsman illik məruzə edəcək

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı: Ombudsman illik məruzə edəcək

25 Fevral 2015, 15:27

“Milli Məclisin növbəti plenar iclası martın 6-da keçiriləcək. İclasın gündəliyinə 17 məsələ təklif olunub”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, növbəti iclasda İnsan Hüquqları üzrə Müvəkkilin - Ombudsmannın illlik məruzəsi dinlənilib müzakirə olunacaq.

Bundan başqa, Su Məcəlləsinə, Torpaq Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Ovçuluq haqqında”, “Heyvanlar haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Dərman vasitələri haqqında” və “Siyasi partiyalar haqqında” qanunlarda dəyişikliklər edilməsi nəzərdə tutulur.

Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunacaq.

Namidə BİNGÖL  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama