Modern.az

Deputatdan məmurları silkələyən sərt TƏNQİD: "Desinlər, biz də katibələrlə işləyək"

Deputatdan məmurları silkələyən sərt TƏNQİD: "Desinlər, biz də katibələrlə işləyək"

6 Mart 2015, 14:25

Milli Məclisin bu gün keçirilən iclasında “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı məmurların ünvanına sərt tənqidlər səsləndirib.

Modern.az saytı xəbər verir ki, o, məmurların, nazirlərin vətəndaşların müraciətlərinə cavab vermədiyini qeyd edib: “Cavab verəndə də qeyri-etik müraciət edirlər. Kimsə yazır ki, hörmətli filankəs, amma cavabda heç şikyətçinin adı da yazılmır”.

Onun sözlərinə görə, bəzi məmurlara zəng edəndə telefonlara katibələri cavab verir: “Onlar öz şəxsi obyektlərində olurlar. Əgər belə olacaqsa, o zaman desinlər, biz də katibələrlə işləyək. Məmurların üzlərində buz ifadəsi olur, sanki adam qarşısında bir heykəl dayanıb. Kiminsə qəbuluna getmək istəyirsən, qabağını polis kəsir. Deyir ki, qəbula yazılmamasınsa, içəri keçə bilmərsən”.

Sabir Rüstəmxanlı onu da vurğulayıb ki, dövlət məmurlara xidməti telefon versə də, onların hərəsinin 5-6 telefonu olur.

Sonda qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Aqşin KƏRİMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama