Modern.az

Deputat-yol polisi “qarşıdurması” aradan qalxıb - Millət vəkillərinin avtomobilləri daha saxlanılmır

Deputat-yol polisi “qarşıdurması” aradan qalxıb - Millət vəkillərinin avtomobilləri daha saxlanılmır

10 Mart 2015, 12:25


Modern.az
-ın məlumatına görə, Milli Məclisdə də müzakirə mövzusuna çevrilən deputat-yol polisi “qarşıdurması” öz həllini tapıb. Belə ki, millət vəkillərinin etirazlarından sonra yol polisləri daha heç bir halda onların əyləşdiyi dövlət seriyalı nömrə nişanı olan avtomobilləri saxlamır, saxlasa belə, əlavə sual vermədən yola salırlar.

Bir müddət əvvəl deputat-yol polisi “qarşıdurması” Milli Məclisin iclasında müzakirəyə çıxarılmış, millət vəkilləri yol polisi tərəfindən qarşılaşdıqları kobudluqlardan dolayı Daxili İşlər Nazirliyinin parlamentdə olan nümayəndəsindən cavab tələb etmişdilər. Bu problem qaldırılarkən hətta deputat Eldar İbrahimov yol polislərini millət vəkillərinin avtomobilinin seriyasını tanımamaqda ittiham etmişdi.

Artıq belə məlum olur ki, həmin etirazlardan sonra bütün yol polisləri təlimatlandırılıb və heç bir halda millət vəkillərinin avtomobillərini saxlamır, saxlasalar belə, maşının kimə məxsus olduğunu bilən kimi dərhal sağollaşırlar.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama