Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə millət vəkili Eldar İbrahimovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az saytının məlumatına görə, E.İbrahimovun təltif edilməsi onun ad günü ilə əlaqədardır. Belə ki, deputat bu gün 70 yaşını qeyd edir.
İbrahimov Eldar Rza oğlu 1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. Əmək fəaliyyətinə Naxçıvan tikinti idarəsində başlayıbr. 1970-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutununu bitirib.
1963-cü ildən istehsalatda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildən Naxçıvan MR Baş nazirinin birinci müavini, Dövlət İqtisad və Plan komitəsinin sədri vəzifələrində işləyib.
Naxçıvan MR Ali Sovetinin (1995) və Azərbaycan Respublikası Ali Sovetinin (1990), Azərbaycan Respublikası I, II, III, IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisdə Aqrar Siyasət Komitəsinin sədridir.
Yeni Azərbaycan Partiyasında İdarə Heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.
Modern.az