Modern.az

Qənirə Paşayeva süni mayalanmanı nəzərdə tutan qanunun qəbuluna ÇAĞIRDI

Qənirə Paşayeva süni mayalanmanı nəzərdə tutan qanunun qəbuluna ÇAĞIRDI

3 Aprel 2015, 18:14

Millət vəkili Qənirə Paşayeva "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması təklifi ilə çıxış edib.

Modern.az-ın məlumatına görə, deputat deyib ki, "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin qısa zamanda parlamentdə müzakirəyə çıxarılmasına və qəbul edilməsinə ciddi ehtiyac var:

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da ailə quran gənclər arasında sonsuzluq getdikcə artır. Ailələr arasında sonsuzluğun təxminən 15%-ə qədər çatması ilə bağlı məlumatlar var. Çoxlu sayda ailələr bizə müraciət edir, statistikalara baxırıq, boşanan ailələrin çoxunda övladsızlıq böyük rol oynayır. Bu cür ailələrə tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir. Bu baxımdan, "Reproduktiv sağlamlıq haqqında" Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Orada ziddiyyətə səbəb olan bəzi maddələrin layihədən çıxararaq ilkin müzakirələrə gecikmədən başlamalıyıq. Amma süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsini tez qısa zamanda  müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir. Bu gün süni mayalanma əməliyyatının qiyməti baha olduğundan maddi imkanları orta və aşağı olan insanlar sonsuzluq problemi ilə üzləşdiyi zaman süni mayalanmadan yararlana bilmirlər. Qanun layihəsində isə qeyd edilib ki, bu cür ailələr 10 ilə yaxın övladı olmadığı təqdirdə bir dəfə dövlət tərəfindən pulsuz olaraq bu əməliyyatdan yararlana biləcəklər, yəni süni mayalanma əməliyyatının pulu dövlət tərəfindən ödəniləcək. Bu isə minlərlə ailəyə dəstək deməkdir. Ona görə də bu ailələr bizə müraciət edərək xahiş edirlər ki, qanun layihəsi müzakirəyə çıxarılsın və qəbul edilsin.Mən də onların müraciətlərini burda səsləndirərək parlamentimizi bu məsələni yaxın günlərdə yenidən müzakirəyə çıxarmağa çağırıram".

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama