Modern.az

YAP-dan eks-deputatın addımına REAKSİYA: “Həmin şəxs partiya ilə bir yerdə addımlaya bilməz”

YAP-dan eks-deputatın addımına REAKSİYA: “Həmin şəxs partiya ilə bir yerdə addımlaya bilməz”

24 Sentyabr 2015, 13:59


“Biz müsahibələrimizdə dəfələrlə bəyan etmişik ki, partiyanın qərarından kənar kim namizədliyini irəli sürəcəksə, həmin şəxs partiya ilə bir yerdə addımlaya bilməz”.

Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov  keçmiş deputat Əhəd Əhmədovun 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini verməsinə münasibət bildirərkən deyib.

İcra katibinin sözlərinə görə bu məsələ diqqətdən kənarda qalmayacaq.

“O baxımdan da rayon təşkilatı bununla bağlı öz  sözünü deyəcək. Həmçinin, bizim  təşkilatda da bu məsələyə baxılacaq”.  

Sabiq YAP-çı deputat Əhəd Əhmədov 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini verib.  

Namidə BİNGÖL  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama