Modern.az

Fəttah Heydərovun 5-ci seçkidəki rəqibləri...

Fəttah Heydərovun 5-ci seçkidəki rəqibləri...

29 Sentyabr 2015, 11:47

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası, Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fətah Heydərov bu dəfə də 116 saylı Qəbələ seçki dairəsindən millət vəkilliyinə namizədliyini irəli sürüb.

116 saylı Dairə Seçki Komissiyası (MSK) tərəfindən onun deputatlığa namizədliyi qeydə alınıb. Maraqlıdır, bəs Fəttah Heydərovun rəqibləri kimlərdir?

Modern.az bununla bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, Fəttah Heydərovun rəqibləri elə də tanınmış simalar deyillər.

Respublika Ağsaqqallar Şurası sədrinin rəqibləri aşağıdakı namizədlərdir:

Babayev Cavid – sahibkar;
Bağırov Nurlan - “KCAD” şirkəti, məsləhətçi;
Kazımov Eyvaz – Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin direktoru;
Mütəllibov Adil – Qəbələ Mərkəzi Xəstəxanasının Qəbul şöbəsinin müdiri;
Rüstəmova Məhəbbət - Qəbələ şəhər 1 saylı tam orta məktəbdə müəllim;
Teymurzadə Xatirə - Qəbələ şəhər 5 saylı tam orta məktəbdə müəllim.

Qeyd edək ki, bu dairə üzrə qeydə alınan bütün namizədlərin partiya mənsubiyəti yoxdur, onlar öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər.

Hakim Yeni Azərbaycan Partiyası da (YAP) bu dairədən namizəd irəli sürməyib. Bununla da YAP bitərəf Fəttah Heydərovu dəstəklədiyinə işarə edib.

F.Heydərov 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, daha sonra dalbadal 3 çağırışda da bu mandata sahiblənib. O, artıq 20 ildir deputat mandatı daşıyır.
Bu dəfəki seçki Fəttah Heydərov üçün 5-cidir...

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama