Modern.az

“Bəzi komitə və nazirliklər ləğv edilsin” - Milli Məclisdə məsələ qaldırıldı

“Bəzi komitə və nazirliklər ləğv edilsin” - Milli Məclisdə məsələ qaldırıldı

13 Oktyabr 2015, 16:48


“Bu qədər nazirliklərin, komitələrin fəalliyətindənsə, təmərküzləşmə siyasəti həyata keçirilməlidir. Bir sıra komitə və nazirliyin ləğvi gündəmdə olmalıdır”. Modern.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Milli Məclisin 2016-cı ilin dövlət büdcəsinə həsr edilən iclasında deyib.

O qeyd edib ki, ölkədə müəllimlərin, həkimlərin də maaşı artırılmalıdır:

“Böhranın nə vaxta qədər davam edəcəyinə heç kim proqnoz verə bilməz. Ona görə də hökumət bu məsələləri ciddi nəzərə almalıdır”

İqbal Ağazadə qeyd edib ki, büdcənin keçənilkinə nisbətən azaldılması dünyada baş verən hadisələr baxımından olduqca obyektivdir:

“Bu da onu göstərir ki, artıq real büdcə işləyəcək. Hər il Azərbaycanda 200 minə yaxın gündəlik ərzaq təminatı alan personal var. Bunlara dövlətdən vəsait ayrılır. Bunların ərzaq tələbatı daxili bazarın hesabına ödənilməlidir.

Əhalinin işsiz qalmaması üçün bu sahədə dövlət sifarişi həyata keçirilməlidir. Tikinti sektorunu ayaqda saxlamaq üçün işlər görülməlidir. Bu sektorda yeni layihələri həyata keçirmək üçün iş adamlarına dəstək vermək lazımdır. Belə olan halda Azərbaycanda iş dayanmaz”.

Aytən Zəhra

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama