Modern.az

Milli Məclis dövlət büdcəsi zərfini qəbul etdi

Milli Məclis dövlət büdcəsi zərfini qəbul etdi

Parlament

20 Oktyabr 2015, 12:31

Milli Məclisin IV çağırış sonuncu iclası öz işinə başlayıb. Modern.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirib ki, 2016-ci ilin dövlət və icmal büdcəsi komitələr və plenar iclaslarda müzakirə olunub.

O qeyd edib ki, deputatlar tərəfindən qaldırılan məsələlərə baxılıb.

“Qaldırılan məsələlərdən bir çoxu büdcə məsələlərinə aid olmadığı, dövlətin sosial iqtisadi inkişaf konsepsiyasına aid olduğu müəyyən edilib. Xərc tələb edən məsələlər isə ətraflı öyrənilib. Qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması, problemlərin həlli ilə bağlı 2016-cı ilin büdcə layihəsində 50 faiz artırılaraq 150 milyona çatdırılacaq”

Dövlət Neft Fondunun 50 milyon artırılması hesabına həyata keçiriləcək.

Təklif nəzərə alınaraq dövlət büdcəsi haqqında qanunun 16-cı maddəsində icmal büdcənin xərcləri 19 mlrd. 956 mln. manata çatdırılacaq. Fondunun gəlirləri nəzərə alınmadan kəsir 9 mlrd. 948 mln. manat təşkil edəcək.

Vergi Məcəlləsinə dəyişiklərlə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsində baxılıb və plenar iclasda müzakirəsi tövsiyə olunub. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatdan az olanların gəlir vergisinin güzəşt çıxarılması, qəbul edilən dəyişiklik problemin aradan qaldırılmasına, 500 mindən çox insanın aylıq gəlirlərinin 3-9 faiz artmasına kömək edəcək.

Məcəlləyə edilən dəyişiklik kiçik və orta sahibkarlığın daha da inkişaf etməsinə kömək edəcək. Vergi Məcəlləsinə sözügedən dəyişikliklərin edilməsi 2016-cı il büdcə layihəsində də bəzi texniki dəyişiklərin edilməsinə səbəb olacaq”.

Parlamentdə daha sonra 2016-cı ilin dövlət büdcə layihəsi səsə qoyularaq qəbul edilib.

Aytən Zəhra

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama