Modern.az

İndiki deputatların səlahiyyəti nə vaxt başa çatır? - ŞƏRH

İndiki deputatların səlahiyyəti nə vaxt başa çatır? - ŞƏRH

21 Oktyabr 2015, 12:30


Oktyabrın 20-də Milli Məclisin indiki tərkibinin son iclası keçirildi. 5 il öncə mandat əldə etmiş deputatların səlahiyyət müddəti nə vaxt başa bitir?

Modern.az saytı xəbər verir ki, Konstitusiyanın 87-ci maddəsinin I bəndində göstərilib ki, Milli Məclis deputatlarının səlahiyyətləri parlamentin yeni çağırışının ilk iclas günü bitir. Bu isə o deməkdir ki, hazırkı deputatların səlahiyyətləri noyabrın 1-dəki səsvermədən sonra seçiləcək deputatların mandatları təsdiqlənənədək qalacaq.

Konstitusiyanın 89-cu maddəsində deputatlıqdan məhrum edilmə və Milli Məclis üzvlərinin səlahiyyətlərinin itirilməsi şərtləri təsbit olunub.

Yeni seçiləcək Milli Məclisin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi parlamentin Daxili Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində qeyd olunur. Belə ki, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra parlamentin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

Nizamnamənin 2-ci maddəsində Milli Məclisin növbəti çağırışının birinci iclası barədə qeyd var.

Milli Məclisin növbəti çağırışının birinci iclasını ən qocaman deputatı açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır.

Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı Komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra sədr seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama