Bu gün bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin (s.ə.s) mövludu günü kimi qeyd olunur.
Modern.az-ın xəbərinə görə, hicri-qəməri təqvimlə İslam peyğəmbərinin anadan olduğu gün Rəbiüləvvəl ayının 12-nə təsadüf edir. Bu il həmin tarix qriqorian təqvimi ilə oktyabrın 17-nə uyğun gəlir.
Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s.a.s.) mövlud tarixi İslam alimləri və tarixçilər arasında mübahisəlidir.
Sonuncu peyğəmbərin doğum ili fərqli mənbələrdə 570-580-ci illər arasında göstərilir. (Gununsesi.info)