Modern.az

Qara maskalılar şirkətə basqın etdi

Qara maskalılar şirkətə basqın etdi

19 Fevral 2022, 11:09

Suraxanıda maskalı şəxslər şirkətə basqın edib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin həyətinə girmiş 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıb.

 

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rus kəşfiyyatının MƏXFİ SƏNƏDİ - Bu ölkəni işğal edək