Modern.az

“Qarabağ”dan möhtəşəm qələbə: Komandamız III təsnifat mərhələsinə çıxdı

“Qarabağ”dan möhtəşəm qələbə: Komandamız III təsnifat mərhələsinə çıxdı

Aktual

26 Avqust 2020, 21:52

“Qarabağ” “Şerif” oyunu yekunlaşdı.

Modern.az xəbər verir ki, “Qarabağ” ardıcıl 2-ci qələbəsini qazanaraq növbəti mərhələyə yüksəlib. 

Növbəti mərhələdə “Qarabağ”ın  rəqibi “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri ilə olacaq.

 

21:40

 

“Qarabağ” “Şerif” oyununda daha bir qol vurulub. 

Modern.az xəbər verir ki, 78-ci dəqiqədə meydana sonradan daxil olan kolumbiyalı hücumçu Frank Kastanyedo qollardan birinin əvəzini çıxıb: 2-1

 

21:20

 

“Qarabağ” hesab arasındakı fərqi artırıb.

Modern.az xəbər verir ki, oyunun 63-cü dəqiqəsində Abdullah Zubirin ideal ötürməsindən sonra Mahir Emreli fərqlənib: 2-0

 

20:20

 

“Qarabağ”  “Şerif” oyununda hesab açıldı.

Modern.az xəbər verir ki, “Qarabağ”ın hücumu zamanı rəqib Xayme Romeroya qarşı kobudluq edib. Hakim “Şerif”in qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Uroş Matiç zərbəni dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb: 1-0

 

20:00

 

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində Moldovanın “Şerif” komandası ilə qarşılaşır.

Modern.az  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.

“Şerif”in ilk onbirliyində isə meydana Dmitri Celabnik, Feyt Fraydey Obolor, Usman Ndiay, Andrey Peteley, Kristiano, Vilyam Parra, Andrey Lukiç, Benedik Mioç, Şarl Petro, Anatol Abanq və Qabriel Boban çıxıblar.

Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edir. Referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa kömək edirlər. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirir.

UEFA-nın qərarına əsasən, komandalar arasında cavab qarşılaşması keçirilməyəcək.

Xatırladaq ki, “Qarabağ” klubu indiyədək “Şerif” ilə beş dəfə üz-üzə gəlib.

Ağdamlılar UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), “Şerif” isə Lüksemburqun “Fola Eş” komandasını məğlub edib - 2:0.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu