Modern.az

“Azercell”in Tələbə Təqaüdü Proqramının qalibləri bəlli oldu

“Azercell”in Tələbə Təqaüdü Proqramının qalibləri bəlli oldu

Qarabağ

27 Dekabr 2010, 11:03

“Azercell Telekom” MMC-nin bu il noyabrın 1-də elan etdiyi Tələbə Təqaüdü Proqramının nəticələri müəyyən edilib. Mərhələli seçim prosesinin sonunda  tələbə “Azercell”in Təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək “Azercell” şirkəti tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaqlar.

“Azercell Telekom” MMC-dən Modern.az-a bildirlib ki, Tələbə Təqaüdü Proqramının üstünlüyü yalnız maddi dəstəklə bitmir. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.

Aşağıda adları çəkilən tələbələr 2011-ci il “Azercell”in Tələbə Təqaüdü Proqramının qalibləri elan olunublar:

1.   Cəfərov Elvin Yaqub oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə fakültəsi, 4-cü kurs
2.   Cəfərov Vəli Əli oğlu, Qafqaz Universiteti, Kompüter Mühəndisliyi fakültəsi, 5-ci kurs
3.   Əfəndiyev Elvin Nizami oğlu, Bakı Dövlət Universiteti, Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsi, 4-cü kurs
4.   Kazımzadə Günay Tofiq qızı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Tətbiqi Riyaziyyat fakültəsi, 3-cü kurs
5.   Mürvətov Kamran Əli Əsgər oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq İqtisadi Münasibətlər fakültəsi, 3-cü kurs
6.   Qayıbov Tural Söhbət oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə fakültəsi, 3-cü kurs
7.   Şükürov Orxan Asif oğlu, Qafqaz Universiteti, Sənaye Mühəndisliyi fakültəsi, 5-ci kurs

Qeyd edək ki, proqramda seçim prosesi bir neçə mərhələdən ibarət olub. İlk mərhələdə proqram üçün müraciət edən tələbələr məntiq məsələlərindən ibarət yazılı tapşırıqları yerinə yetirib, həmçinin müxtəlif mövzularda ingilis dilində inşa yazmışdılar. Son mərhələdə tələbələr “Azercell” şirkətində rəhbər vəzifələrdə çalışan işçi və mütəxəssisləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə öz akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsini göstərmək imkanına malik olublar. Bütün mərhələlərdən uğurla keçən tələbələr təqaüd proqramının qalibləri seçiliblər.
Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onlara gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama