Modern.az

Azərbaycanda siyasi partiyalar Qarabağ üçün toplanır

Azərbaycanda siyasi partiyalar Qarabağ üçün toplanır

Qarabağ

7 Aprel 2016, 12:12

“Qarabağ üçün siyası partiyalara təkliflər var. Məqsəd müzakirələr aparmaqdır və  yaxın vaxtlarda bu məsələnin gerçəkləşməsi mümkündür”.

Bunu Modern.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı son günlər cəbhədə yaşananlarla bağlı məsələyə münasibət bildirərkən deyib.  

Onun sözlərinə görə, görüşlərin miqyasının geniş olacağı nəzərdə tutulur. 

“Təkcə partiyaların deyil, ümumilikdə cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə müzakirələrimiz olacaq. Həmçinin, cəbhədə baş verənlərlə bağlı partiyalar öz mövqelərini bildiriblər. Mətbuat vasitəsilə məlumat əldə etdim ki, onların öz aralarında razılaşıb müzakirə keçirmək fikri var”.

QAT sədri deyib ki, rəhbəri olduğu qurum fəaliyyətini davam etdirir: “Bir müddətdir ki, işğala, terrora qarşı beynəlxalq forum yaratmışıq.  

Azərbaycan, Gürcüstan, İran və Rusiya QHT-ləri bu foruma daxildir. Məqsəd Qarabağla bağlı mövqeyin ortaya qoyulması, Qarabağ həqiqətlərinin təbliği ilə bağlıdır.

Forum çərçivəsində fəaliyyətimizi genişləndirməyə çalışırıq”.  

Namidə BİNGÖL  


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza