Modern.az

Tələbə qızlardan əsgərlərə məktub: “Xəyalımızda qurduğumuz gələcək ər SİZSİNİZ”

 Tələbə qızlardan əsgərlərə məktub:  “Xəyalımızda qurduğumuz gələcək ər SİZSİNİZ”

9 Aprel 2016, 21:25

 

Aprelin 2-də cəbhə bölgəsi, eləcə də təmas xəttinə yaxın ərazilərdə atəşkəsin ermənilər tərəfindən pozulması, mülki şəxslərin öldürülməsi xalqımızın birliyinin nümayiş olunmasında bir vəsilə oldu. Azərbaycan əsgəri yenilməz qüdrətini, gücünü ortaya qoydu. Azərbaycan əsgəri 1993-cü ildən bu yana xalqın acı olduğu QƏLƏBƏni ona dadızdırdı.

Baş verənlərin fonunda azərbaycanlı subay xanımların, xüsusilə də Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universitenin xanım tələbələrinin cəbhədə ermənilərlə döyüşən igid, ərən Azərbaycan əsgərinə yazdığı məktublar diqqət çəkdi. Modern.az saytının cəbhə xəttindəki əməkdaşının verdiyi məlumata görə, tələbə qızlar məktublarını internet vasitəsi ilə deyil, elə köhnə, dədə-baba qaydası ilə əsgərlərimizə çatdırıblar.  

Məktubların əksəriyyətinin ümumi mənası ondan ibarətdir ki, tələbə qızlar səngərdə olan əsgərlərə can sağlığı, yeni qələbə qazanmaq arzulayırlar. Qızlar əsgərlərin hamının diqqət mərkəzində olduqlarını vurğulayırlar.

Məktublarda qeyd edilir ki, Azərbaycan xanımının xəyalında qurduğu gələcək ər, Azərbaycan əsgərinin timsalında əks olunur. Onlar böyük məmnuniyyətlə əsgərlərlə ailə qurmağa razı olduqlarını deyirlər.

Yaşasın Azərbaycanın qüdrətli ordusu!

Yaşasın Azərbaycan əsgəri”

 Yaşasın səngərdəki əsgəri üçün hər an qəlbi döyünən Azərbaycan xanımları!!!  


Gülşən Raufqızı

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza