Modern.az

KİV DF qəzetlərlə bağlı müsabiqənin nəticələrini açıqladı (SİYAHI)

KİV DF qəzetlərlə bağlı müsabiqənin nəticələrini açıqladı (SİYAHI)

Qarabağ

30 Dekabr 2010, 15:42

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb. Fondun icraçı direktoru Vüqar Səfərli Modern.az-a bildirib ki, 25 noyabr 2010-cu il tarixdə elan edilmiş "KİV-lərin 2011-ci il üçün maliyyələşdirilməsi ilə bağlı müsabiqə"yə ümumilikdə 23 layihə təqdim edilib.   

“Müşahidə Şurasının üzvləri müsabiqəyə daxil olan layihələrlə tanış olmuş və bu sahədə müzakirələr aparmışdır.  Onlar, redaksiyalar tərəfindən  təqdim edilən layihələrin bu layihələri gerçəkləşdirmək üçün tələb edilən maliyyə vəsaitinə uyğunluğunu araşdıraraq müvafiq təkliflər vermişlər”. 
V.Səfərli deyib ki, layihələrin maliyyələşdirilməsi meyarları aşağıdakı şərtlər üzrə müəyyənləşdirilib:

- Qəzetin dövriliyi,
- Tirajı,
- Yayım faizi.

Bu şərtlərə uyğun olaraq dövriliyi həftədə beş dəfədən az olmayan, tirajı üç min nüsxə və yuxarı olan, gündəlik yayımı min beş yüz nüsxədən çox olan qəzetlərə ən yüksək maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. 
Digər qəzetlərə isə yuxarıdakı meyarlar nəzərə alınmaqla müvafiq miqdarda maliyyə vəsaitinin ayrılması haqda qərar qəbul edilib.

"Ayna-Zerkalo" qəzeti   -  30.000 manat 

"AzerNEWS" qəzeti      -  6.000 manat

"Azadlıq" qəzeti             -  30.000 manat      

"Bakı-Xəbər" qəzeti       -  30.000 manat      

"Ədalət" qəzeti               -  30.000 manat      

"Futbol+qol" qəzeti         - 20.000 manat      

"Həftə içi" qəzeti              - 30.000 manat      

"Xalq Cəbhəsi" qəzeti     - 30.000 manat      

"Kaspi" qəzeti                  - 40.000 manat      

"Mövqe" qəzeti                - 40.000 manat      

"Olaylar" qəzeti               - 30.000 manat      

"Oxu Məni" qəzeti           - 10.000 manat      

"Olimpiya dünyası" qəzeti- 5.000 manat      

"Paritet" qəzeti                - 30.000 manat      

"Palitra" qəzeti                - 30.000 manat      

"Paralel" qəzeti               - 20.000 manat      

"Reytinq" qəzeti              - 5.000 manat      

"Səs" qəzeti                    - 40.000 manat      

"Şərq" qəzeti                  - 25.000 manat      

"Yeni Müsavat" qəzeti    - 40.000 manat      

"YeniAzərbaycan" qəzeti - 40.000 manat 

"525-ci" qəzeti                 - 30.000 manat  

"İqtisadiyyat" qəzeti        - 5.000


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama