Modern.az

Amerikalı diplomat BAMF-da olub

Amerikalı diplomat BAMF-da olub

5 Yanvar 2011, 12:49

ABŞ-ın Azərbaycandakı səfirliyinin informasiya departamentinin nümayəndəsi Keyt Bin Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. BAMF-ın fəaliyyəti ilə maraqlanan K.Bin Fondun sədri Umud Rəhimoğlu və departament rəhbərləri ilə görüşüb. U.Rəhimoğlu 90-cı illərdə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, o cümlədən Cənubi Qafqazda başlanmış milli münaqişələr dövründə BAMF-ın yaranması zərurətindən danışaraq, fondun fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

BAMF-ın beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nic Nvolisa fondun həyata keçirdiyi layihələr və əldə olunmuş nəticələr barədə danışıb.

K.Bin öz növbəsində BAMF-ın fəaliyyətini yüksək qiymətləndirib, fondun həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb. O, gələcəkdə səfirliklə BAMF-ın birgə əməkdaşlığının perspektivindən və fəaliyyət istiqamətlərindən danışıb. Bununla bağlı görüşdə ətraflı müzakirə aparılıb.

Xatırladaq ki, BAMF ABŞ Dövlət Departamentinin Özəl İctimai Tərəfdaşlıq Proqramının üzvüdür və bu qurumun dəstəyi ilə müxtəlif layihələr həyata keçirir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama