Modern.az

2010-cu ildə 7 bələdiyyənin internet resursu hazırlanıb

2010-cu ildə 7 bələdiyyənin internet resursu hazırlanıb

6 Yanvar 2011, 09:57

“Bələdiyyələrin fəaliyyətinin təbliği”  İctimai Birliyinin apardığı araşdırmalara görə, ötən il internet resurs hazırlayan bələdiyyələrin sayı 42-yə çatıb. Bunların ikisi yerli orqanların öz vəsaitləri hesabına, beşi isə layihə çərçivəsində istifadəyə verilib. Paytaxtın Binəqədi və Qaraçuxur bələdiyyələri ilə yanaşı,  Ağcabədi və Bərdə rayonlarının 5 bələdiyyəsinin internet resursu artıq istifadədədir. Qeyd edək ki,  rayon bələdiyyələrinin resursları donor təşkilatlarının ayırdığı qrant hesabına  İqtisadi Təşəbbüslər Mərkəzi tərəfindən hazırlanıb. İlk bələdiyyə resursu isə  2001-ci ildə Mərdəkan bələdiyyəsi tərəfindən hazırlanıb.

İctimai birliyin qənaətincə, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, yerli özünüidarəetmə orqanları üç il ərzində internet resursu istifadəyə verməlı idilər. Bu müddət 2009-cu ildə başa çatsa da, bu gün bələdiyyələrin cəmi 2,4% -i resurs hazırlaya bilib. Resursun hazırlanmamasının əsas səbəbi kimi bələdiyyələrin maliyyəsizliklə üzləşməsi və yerlərdə kadr qıtlığının olması göstərilir.

Aparılan təhlillərdən belə qənaətə gələ bilərik ki, qeyd olunan problemin aradan birdəfəlik qaldırılması üçün xüsusi dövlət proqramının hazırlanmasına ehtiyac var. Belə ki, bir proqramın qəbulu ilə müvafiq hakimiyyət orqanı tərəfindən dövlət büdcəsindən  hər il bələdiyyələrə ayrılan dotasiya hesabına həm resurslar hazırlanar, həm də onun saxlanması həyata keçirilər.       

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği”  İctimai Birliyi cari ilin fevralında Ədliyyə Nazirliyində dövlət qeydiyatından keçib. İctimai birliyin əsas məqsədi Azərbacan bələdiyyə sisteminin inkişaf istiqamələrinin müəyyən edilməsi  və problemlərin aşkar edilməsi ilə bağlı tədqiqatlar aparmaqla sistemin irəliləyişinə nail olmaqdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama