Modern.az

Hüquq müdafiəçiləri AŞPA-nın sessiyasına dəvət olunub

Hüquq müdafiəçiləri AŞPA-nın sessiyasına dəvət olunub

18 Yanvar 2011, 14:23

Azərbaycan bir qrup hüquq müdafiəçisi Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək. Bu barədə Modern.az saytına Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.
Qrupa hüquq müdafiəçilərindən Səidə Qocamanlı, Səadət Bənənyarlı, Vüqar Qocayev və millət vəkili Çingiz Qənizadə daxildir. Hüquq müdafiəçiləri sessiya çərçivəsində Avropa Şurasının rəhbərliyi ilə, o cümlədən Avropa Məhkəməsinin və AQO qrupunun üzvləri ilə görüşəcəklər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama