Modern.az

Azərbaycanda “İşğal muzeyi”nin yaradılması təklif edilir

Azərbaycanda “İşğal muzeyi”nin yaradılması təklif edilir

18 Yanvar 2011, 15:12

Söz Azadlığını Müdafiə Fondu (SAMF) işğal altında qalan rayonlarımızın tarixi ilə bağlı  eksponatların, habelə işğalla bağlı bütün məqamları özündə əks etdirən “İşğal muzeyi”nin yaradılması təklifilə çıxış edib. Bu məqsədlə fond mədəniyyət və turizm   naziri Əbülfəz Qarayevə müraciət ünvanlayıb.  
Fond hesab edir ki, Azərbaycanda  analoji muzeyin yaradılması vasitəsilə gələcək nəsillərə, cəmiyyətə, beynəlxalq ictimaiyyətə Qarabağ torpaqlarının işğalının vurduğu maddi və mənəvi ziyanlar barədə məlumatları daha geniş formada çatdırmaq olar.  İşğal altında olan  rayonların tarix-diyarşünaslıq muzeylərinin işğaldan çıxarılmış eksponatların da sərgiləndiyi muzeydə onların mühafizəsi və qorunması mümkün olacaq.
Yeri gəlmişkən qeyd edək ki, Litva, Gürcüstan və Moldovada bu tipli muzeylər fəaliyyətdədir.

“Məlumat üçün bildirək ki, Fond  bu istiqamətdə ilkin addım kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsini başa çatdıraraq  www.diyarshunasliq.az resursunu  internet istifadəçilərinin ixtiyarına vermişdir”.

Artıq SAMF layihənin davamı olaraq işğal ərazilərinə bitişik rayonların tarix-diyarşünaslıq muzeyləri barəsində  məlumatların toplanılmasına  start  verib.  


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama