Modern.az

Prezidentlər neçə dəfə GÖRÜŞÜB? - STATİSTİKA

Prezidentlər neçə dəfə GÖRÜŞÜB? - STATİSTİKA

21 İyun 2016, 14:59

İyunun 20-də Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüş baş tutdu.

 

Modern.az xəbər verir ki, Peterburq görüşü dövlət başçısı İlham Əliyev üçün Ermənistan prezidentləri ilə 2003-cü ildən bəri keçirdiyi sayca 29-cu görüş olub.

 

Həmin görüşlərin bir hissəsi işğalçı dövlətin keçmiş prezidenti Robert Koçaryanla, əhəmiyyətli hissəsi isə onun xələfi Serj Sarksiyanla keçirilib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev 10 il ərzində (1993-2003) Ermənistan prezidentləri ilə 27 görüş keçirib.

 

Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün keçirilən ümumilikdə bu 56 görüşün heç biri problemin həllində əsaslı irəliləyiş göstərə bilməyib.   

     

Vüqar İsmayılov

 

 

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza