Modern.az

Azərbaycanın elektron vətəndaş cəmiyyəti yaradıldı

Azərbaycanın elektron vətəndaş cəmiyyəti yaradıldı

18 Yanvar 2011, 16:05

Yanvarın 18-də “Landmark” otelində  Azərbaycanın QHT sektoru tarixində ən böyük layihələrdən biri - Azərbaycanda Qeyri Hökümət Təşkilatlarını (QHT), donorları və kommersiya qurumlarını birləşdirən sosial şəbəkə - AZNGO.com-un təqdimatı keçirilib.
Portalın koordinatoru Vüqar Səfərov qeyd edib ki, “Bu sayt Azərbaycanda Elektron Vətəndaş Cəmiyyəti funksiyasını yerinə yetirəcək. Layihənin məqsədi QHT-lərə fəaliyyətləri barədə müfəssəl məlumat vermək, ideyaların reallaşması üçün donorların tapılmasını təmin etmək, müxtəlif məlumatlarla tanış olmaq imkanı verəcək”.

Layihənin əsas məqsədi donor və kommersiya təşkilatları ilə QHT – lər arasında şəbəkələşmənin yaradılmasıdır.

Bunun üçün təşkilat saytdan qeydiyyatdan keçməli və öz səhifəsini doldurmalıdır. Məsələn, təşkilatın keçirdiyi tədbirlər, məlumatlar, layihələr barədə hesabatlar və s. Saytda qeydiyyatdan keçənlər haqda bütün informasiyalar toplanır və QHT - nin fəaliyyətinin nə dərəcədə aktiv olması onun profilndə əks olunur. Donorlar da qeydiyyatdan keçərək maliyyələşdirdikləri QHT- lərin fəaliyyətinə qiymət verə biləcəklər.  
Bu layihə Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq Inkişaf Agentliyininn Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama