"Golden Prince" MMC-nin təsis etdiyi bu radio müsabiqənin qalibi olub
18 yanvar 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda 25 noyabr 2010-cu il tarixdən 25 dekabr 2010-cu il tarixədək radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilmiş müsabiqənin nəticələrinə baxılıb.
Müsabiqədə iştirak etmiş üç iddiaçı arasından (iki hüquqi şəxs – "Golden Prince" MMC ("Azad Xəbər"), "Obyektiv – Televiziya və Radio Yayım Şirkəti" MMC ("Radio Obyektiv") və bir fiziki şəxs - Cəfərov Rəsul Ağahəsən oğlu ("Alternativ radio") "Azad Xəbər" radiosu qalib elan edilib.
Modern.az