"İrəli" İctimai Birliyi qanlı 20 Yanvar faciəsinə həsr edilmiş bloq təqdim edib. Bloqda Azərbaycan, rus və ingilis dillərində yanvar dəhşətləri haqqında məlumat, eləcə də foto, video materiallar yerləşdirilib.
Qeyd edək ki, İrəli “Mənim Qarabağım – Mənim Azərbaycanım” layihəsi çərçivəsində Azərbaycanın işğal edilmiş ərazilərinə həsr olunan 10-a yaxın bloq hazırlayıb.