Modern.az

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı şəhidləri anıb

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı şəhidləri anıb

Qarabağ

19 Yanvar 2011, 17:46

Bu gün Qafqaz Universitetində Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Qafqaz Universiteti və 149 saylı Ağdam köçkün orta məktəbinin birgə təşkilatçılığı ilə 20 yanvar şəhidlərini anım tədbiri keçirilib.  
Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri ilə açıq elan edilən tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Sanıç açaraq qonaqları salamlayıb və birgə təşkil edilən tədbirin mahiyyətindən danışıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov 20 yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyinin qazanılmasında canlarından keçdiklərini, xalqımızın milli qürur hissinin güclənməsində ideoloji bir amilə çevrildiyini qeyd edib. V.Qədirov çıxışında 20%-dən artıq torpaqlarımızın hələ də işğal altında olduğunu və bu baxımdan gəncliyin üzərinə düşən məsuliyyətdən danışıb.

149 saylı Ağdam köçkün orta məktəbinin direktoru Arzu Möhsümova, millət vəkili Musa Qasımlı, sabiq deputat Gültəkin Hacıbəyli öz çıxışlarında 20 yanvar  faciəsinin tarixi aspektlərindən, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı rolundan danışıblar.

Tədbirdə 149 saylı Ağdam köçkün orta məktəbinin şagirdlərinin ifasında 20 yanvar şəhidlərinə həsr olunmuş şerlər səsləndirilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...