Azərbaycan Media Mərkəzində Gənc Bloqçular Şəbəkəsi layihəsi çərçivəsində keçirilən “Sosial Bloq Yazıları 3” müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçirilib.
Modern.az xəbər verir ki, müsabiqənin nəticəsinin elan olunduğu tədbirdə iştirakçılar ilə yanaşı, münsiflər və mətbuat nümayəndələri də iştirak ediblər.
10 dekabr 2010-cu ildən 14 yanvar 2011-ci il tarixləri arasında keçirilmiş müsabiqənin münsifləri yeni media sahəsində tanınmış mütəxəssislər və bloqçular Vahid Qasımov, Arzu Qeybullayeva, Əli Novruzov, Elnur Məcidli və Seymur Kazımov olub.
Təşkilatçılar bildidblər ki, “Sosial Bloq Yazıları 3” müsabiqəsinə digər – birinci və ikinci müsabiqədən daha çox yazılar daxil olub. Üçüncü müsabiqə Azərbaycanın müxtəlif regionlarından (Bakı, Gəncə, Şəki, Sumqayıt, Mingəçevir, Zaqatala, Şabran, Şirvan, Tovuz) daha çox bloqçu iştirak edib. Bu dəfəki müsabiqəyə ümumilikdə 116 bloq yazısı təqdim olunub.
Counterpart International təşkilatının nümayəndəsi Anar Aslanov gənclər arasında sosial şəbəkələşmənin vacib olduğunu və region gənclərinin şəbəkələşməsində Gənc Bloqçular Şəbəkəsinin koalisiyasının fəaliyyətinin layihənin məqsədinə uyğun olaraq gənclər arasında bloqçuluğun yayılmasında effekti olduğunu bildirib.
Müsabiqə yazıları arasında ən çox yer verilən mövzular insanlar arasında münasibətlər, ekologiya ilə və yeni ilin gəlişi ilə bağlı yaranmış sosial problemlər olub.
Qaliblər aşağıdakı şəxslər olub:
1. Araz Bayramov (Bakı) - Məhv edilən keçmişimiz…
//sosium.com/m%C9%99hv-edil%C9%99n-kecmisimiz/
2. Aytən Süleymanova (Bakı) - Sizin paraşütünüz hansı rəngdədir?
//sosium.com/uhat-color-is-your-parachute/
3. Cavid Həsənov (Sumqayıt) - Boynu bükük yolka dirəyi və kəsilməyini gözləyən şam ağacı - //sosium.com/sumqayitdan-yolka-x%C9%99b%C9%99rl%C9%99ri/